Fev 23, 2020 21:25 Asia/Baku
  • Əl-Cəzairdə hökumətin əleyhinə aksiya keçirilib
    Əl-Cəzairdə hökumətin əleyhinə aksiya keçirilib

Əl-Cəzair hökumətinin əleyhdarları Butefliqəyə qarşı etirazların ildönümündə əsaslı dəyişikliklərin aparılması və o dövrün bütün başçılarının kənarlaşdırılması tələbilə bir daha etiraz aksiyası keçiriblər.

"Əl-Youm" qəzetinin yazdığına görə, fevralın 22-də minlərlə insan Əl-Cəzairin paytaxtı Əl-Cəzirə şəhərinin küçələrində və sonra da onun mərkəzi universiteti yaxınlığında aksiya keçiriblər.

Həmçinin onlarla nəfər də ƏL-Cəzairin Mənzil Nazirliyi qarşısında etiraz əlaməti olaraq toplaşıb.

Əl-Cəzairin polis qüvvələri paytaxtın müxtəlif məhəllələrində yerləşərək, şəhərin mərkəzi hissəsinə bütün girişləri və keçid yollarını bağlayıblar.

Etirazçılar bu ölkənin yeni prezidenti Əbdülməcid Tebbunun qərarına reaksiya olaraq, müxtəlif şüarlar, o cümlədən " şənlik etməyə gəlməmişik, getməlisiz" şüarları səsləndiriblər.

Ə.Tebbun fevralın 22-ni "Milli Həmrəylik və Demokratiya naminə Ordu" günü elan edib.

Əbdüləziz Butefliqənin 2019-cu ildə istefasına  baxmayaraq, Əl-Cəzair xalqı hər həftə aksiya keçirərək, bu ölkənin siyası quruluşunda geniş dəyişikliklərin aparılmasını və Butefliqə dövrünə aid bütün ünsurlərin kənarlaşdırılmasını tələb edirlər.

Teqlər