Amerikalılar öz ölkələrindəki minlərlə qrip tələfatının fikrində olsunlar
İran İslam Respublikasının prezidenti ABŞ rəsmilərinin İranın daxili işlərinə müdaxilə mahiyyətli sözlərinə toxunub. Deyib ki, amerikalılar öz ölkələrindəki minlərlə qrip tələfatının fikrində olsunlar.
ABŞ-ın dövlət katibi Mayk Pompeo iddia etmişdi ki, Amerika İranın ola bilsin, koronavirusun yayılması haqda detalları gizlətməsindən son dərəcə nigarandır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında vurğulayıb ki, koronavirus ölkədə iş və istehsalın tətilə çəkməsi üçün düşmənlərin silahına çevrilməməlidir. O, sonra deyib: Statistikalar göstərir ki, son illərdə Amerikada 12 mindən yüz minədək insan qripə yoluxma nəticəsində həyatını itirib.
Ruhani söyləyib: Amerikalılar və İranın düşmənləri ötən iki il ərzində öz sanksiyaları və təbliğatları ilə daima İranda iqtisadi fəaliyyət və istehsalı tətil etmək istəyiblər, amma xalqın sayıqlığı ilə bu fitnələr zərərsizləşdirilibdir.