Çində koronavirusdan ölənlərin sayı 2835 nəfərə çatıb
Fev 29, 2020 12:56 Asia/Baku
-
Çində koronavirusdan ölənlərin sayı 2835 nəfərə çatıb
Çində koronavirusdan irəli gələn xəstəlikdən ölənlərin sayı 2835 nəfərə çatıb.
Çin milli səhiyyə komissiyası bu gün səhər bildirib ki, koronavirusdan irəli gələn xəstəlik nəticəsində daha 47 nəfərin vəfat etməsilə bu ölkədə həmin virusdan ölənlərin sayı bütövlükdə 2835 nəfərə çatıb.
Çin milli səhiyyə komissiyası həmçinin KOVİD-19-a(COVID-19) yoluxma üzrə daha 427 yeni halın qeydə alındığını bildirib. Onların hesablanması ilə Çində bu virusa yoluxanların miqdarı 79 min 251 nəfərə çatıbdır.
Son statistikalara görə, indiyədək dünya səviyyəsində 82 min nəfərdən çox insan bu virusa yoluxub və onlardan təqribən 32 min nəfər sağalıbdır.