Fev 29, 2020 21:28 Asia/Baku
  • Fransada koronavirus yayılıb
    Fransada koronavirus yayılıb

Fransada COVİD-19 virusuna yoluxan şəxslərin sayının artması ilə bu ölkə hökuməti epidemiyanın 2-ci etapına daxil olmaqdan xəbər verib.

Fransanın səhiyyə naziri Oliver Veran dünən axşam bu ölkədə koronavirusa yoluxan şəxslərin sayını 57 nəfər elan edibdir ki, bir gecə öncəki göstəriciyə nisbətən 19 nəfər artıbdır.

Varen qeyd edib ki, Fransa epidemiyanın 2-ci etapına daxil olub. Bu üzdən, bu xəstəliyin yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görülməlidir.

Fransanın təhsil nazirliyi bildiribdir ki, bu epidemiya ilə mübarizənin 2-ci etapında viruslu bölgələrin məktəbləri bağlanacaq. Fransanın on beşdən çox əyalətində koronavirusa yoluxma halları müşahidə olunub. İndiyədək Fransada iki nəfər vəfat edib.

Bəzir siyasi partiyalar hökuməti koronovirus məsələsində səhlənkarlıqda ittiham edib və onun xüsusən tələfatın miqdarı barədə cavab verməsini istəyiblər.

 

 

Teqlər