Tramp hökuməti koronavirusla mübarizədə ləyaqətsizlikdə ittiham olunub
https://azeri.sahartv.ir/news/dünya-i358642-tramp_hökuməti_koronavirusla_mübarizədə_ləyaqətsizlikdə_ittiham_olunub
2020-ci ABŞ prezident seçkilərinə demokrat namizəd Donald Trampın Suriya qarşısındakı son mövqeyini tənqid edib və onun koronavirusun aradan qaldırılmasına daha artıq təmərküz etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2020 04:47 Asia/Baku
  • Tramp hökuməti koronavirusla mübarizədə ləyaqətsizlikdə ittiham olunub

2020-ci ABŞ prezident seçkilərinə demokrat namizəd Donald Trampın Suriya qarşısındakı son mövqeyini tənqid edib və onun koronavirusun aradan qaldırılmasına daha artıq təmərküz etməsini istəyib.

Tolsi Qabard Trampın Suriyanın İdlib bölgəsində Türkiyənin himayəsində olan terror qruplarını himayə etmək üzrə və onun təhlükəli koronavirusun aradan qaldırılması sahəsindəki mövqeyini tənqid edib.

Qabard tvitter-də yazıb: Donald Tramp Suriyada Rusiya ilə müharibə və Türkiyənin himayəsində olan Əlqaidə-nin tabeliyində olan qrupa dəstək vermək yerinə, koronavirusla mübarizə üzərində təmərküzləşməlidir.

Tolsi Qabard son zamanlar da tvitter səhifəsində bir film yayaraq, bu seçkilərdə iştirakının səbəblərini açıqlayıb. O, Ağ Ev-in Qərbi Asiyada "hökumətin dəyişdirilməsi üzrə savaşlar" üzrə neçəillik müdaxiləsinin davam etməsini tənqid edib. Qabard Amerikanın daxili problemlərinin həlli üçün bu ölkə hökuməti tərəfindən mənbələri və maliyyələrin ayrılmasını istəyib.

TRAMP HÖKUMƏTİ KORONAVİRUSLA MÜBARİZƏDƏ LƏYAQƏTSİZDİR