Mart 05, 2020 14:06 Asia/Baku
  • Bayden Trampın qələbəsinin nəticələri haqda xəbərdarlıq edib

Demokratların ABŞ prezident seçkilərinin ilkin mərhələsində öndə gedən namizədi bu ölkənin hazırkı prezidentinin qələbəsinin nəticələri haqda xəbərdarlıq edib.

Co Bayden vurğulayıb: Hazırkı prezident Donald Trampın daha dörd il müddətinə Ağ Ev-də qalmasına yol verməməliyik. O, qeyd edib ki, Tramp dünyada Amerika üçün ciddi bir təhdiddir.

Bayden söyləyib: Tramp nifrəti qızışdırır və Amerika xalqı arasında nifrətə və təfriqəyə səbəb olur.

Co Bayden Trampın davranışlarının Amerikanın digər ölkələrlə müahidələrinin zəifləməsinə zəmin yaratdığını bildirib. Qeyd edib ki, Tramp ABŞ-ın müttəfiqlərinə hörmətsizlik edir və dünya boyu bütün diktatorları və hoqqabazları himayə edir.

Amerika demokratlarının "böyük çərşənbə axşamı"nda bu ölkənin 14 ştatında keçirilən partiyadaxili seçkilərinin son nəticələrinə əsasən, bu seçkilərin ilk üç etapında zəif nəticələr qazanmış Co Bayden digər ştatlarda üstünlük əldə edə bilibdir.

Partiyadaxili seçkilər demokratlar və respublikaçılar partiyalarının namizədlərini seçmək məqsədilə keçirilir.

Trampın respublikaçılar tərəfindən prezident seçkilərində iştiraka namizədliyi qətidir.

 

BAYDENDƏN TRAMPIN QƏLƏBƏSİ HAQDA XƏBƏRDARLIQ

Teqlər