Mart 08, 2020 13:39 Asia/Baku
  • COVID-19 Fransa parlamentinə də sızıb

Fransa ictimai səhiyyə bölməsinin başçısı Cerom Salemon bu ölkədə koronavirus tələfatını 16 nəfər elan edib.

O bildirib ki, beş yeni ölüm halının qeydə alınması ilə indiyədək Fransada KOVİD-19-a yoluxma nəticəsində on altı nəfər həyatını itirib.

Salemon vurğualyıb ki, indiyə kimi Fransada koronavirusa 949 yoluxma halı aşkar edilib.

Fransa səhiyyə nazirliyi də bildiribdir ki, bu ölkə parlamentinin daha bir üzvünun KOVİD-19 analizinin müsbət olması ilə bu anadək Fransa qanunvericilik orqanının üç üzvü koronavirusa yoluxubdur.

 

COVID-19 FRANSA PARLAMENTİNDƏ DOLANIR

Teqlər