Mart 09, 2020 17:46 Asia/Baku
  • Çində koronavirus tələfatı azalıb

Çin milli səhiyyə komissiyası bu ölkədə KOVİD-19-a yoluxma və bu xəstəlikdən tələfatın sayının azadığını bildirib.

Çin milli səhiyyə komissiyası bu gün bildirib ki, ötən sutka ərzində təkcə 23 nəfər Hubey vilayətində bu xəstəlikdən vəfat edibdir. O, sonra deyib: Ötən sutka ərzində koronavirusa yoluxan daha dörd nəfər qeydə alınıb. Bu hadisə Çinin şimal-qərbindəki Qansu əyalətində baş verib.

Çin milli səhiyyə komissiyası bildirib: Məlumatlar göstərir ki, ikinci gün dalbadal koronavirusun yayılma mərkəzi olan Hubey əyalətindən kənarda bu virus nəticəsində ölənlərin sayı ısfır olubdur.

Bu komissiyanın rəqəmləri göstərir ki, ötən sutka ərzində bu ölkədə koronavirusa yoluxanların sayı təkcə 40 nəfər olubdur ki, onlardan 36 nəfər Hubeydə qeydə alınıbdır.

Hazırda dünyada 106 min nəfərdən çox insan bu virusa mübtəla olub. Onların təqribən 81 min nəfəri Çindədir. Bu virus həmçinin indiyədək Çİndə 3097 nəfərin həyatını itirməsinə bais olubdur.

 

ÇİNDƏ KORONAVİRUSUN TƏLƏFATI AZALIB

Teqlər