Mart 10, 2020 00:00 Asia/Baku
  • Vaşinqton qubernatoru Trampın təhqidlərinə cavab verib

Amerikanın Vaşinqton ştatının qubernatoru bu ölkə prezidentinin özü barədəki tənqidlərini önəmsiz adlandırıb.

Cey İnsli bu ölkənin prezidenti Donald Trampın özü barədəki sözlərinə məhəl qoymayıb və belə deyib: Trampın mənim barəmdə hansı firkir söyləməsi əsla mühüm deyil, Onun sözlərini nəzərə almıram.

Vaşinqton ştatının qubernatoru sonra deyib: Bunlar mənasız sözlərdir, çünki koronavirus epidemiyası milli böhrandır.

İnsli bundan öncə Trampın bu virusla mübarizə sahəsindəki siyasətlərini tənqid etmişdi.

Tramp da cümə günü demişdi ki, öz müavini Mayk Pensə bu qubernatorla həmkarlıq etməməsini vurğulayıbdır. O, Pensə deyibdir ki, əgər bu qubernatorla mehriban olarsa, ondan sui-istifadə olunacaqdır.

Bir çox ekspertlər Tramp hökumətinin koronavirus sahəsində məsələni gizlətməsini bu xəstəliyin yayılmasında təsirli bilirlər.

Son məlumatlara görə, ABŞ-da 490 nəfər koronavirusa yoluxub və 21 nəfər də bu xəstəlikdən həyatını itiribdir.

 

VAŞİNQTON QUBERNATORU TRAMPIN TƏNQİDLƏRİNƏ CAVAB VERİB

Teqlər