Çində koronavirusa yoluxma azalmaqda davam edir
Çin milli səhiyyə komissiyası bu gün səhər bu ölkədə koronavirusa yoluxmanın azalmasının davamında bildirib ki, ötən sutka ərzində bu virusa 20 nəfər yoluxub, on nəfər də vəfat edibdir.
Çin milli səhiyyə komissiyası həmçinin bildirib ki, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 80844, ölüm halı isə 3199 nəfərə çatıbdır.
Bundan öncə koronavirusa yoluxma hallarının mart ayında sürətlə azalacağına ümid bəsləyən Çin rəsmiləri hazırda xarici ölkələrdən koronavirus daşıyıcılarının həmin ölkəyə daxil olmalarından nigarandırlar. Zira hazırda Çində çox sayda ticarət fəaliyyətləri bərpa olunmaqdadır.
Rəsmi adı KOVİD-19(COVID-19) olan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.
ÇİNDƏ COVID-19-A YOLUXMA HALLARI AZALMAQDADIR