Mart 24, 2020 19:37 Asia/Baku
  • ÜST koronavirus pandemiyasının yüksək tempi haqda xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru bütün dünyada koronavirus pandemiyasının yüksək tempi haqda xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qabrisos dünən bildirib ki, hazırda dünya boyu 300 mindən çox koronaviruslu xəstə qeydə alınıb və bu xəstəlik demək olar ki, bütün dünya ölkələrinə sirayət edibdir.

Tedros Adhanom Qabrisos həmçinin bu pandemiyanın sıçrayışlı tempi barədə belə deyib: Bu xəstəliyə yoluxan ilk şəxsin qeydə alındığı gündən ilk yüz min halın qeydə alındığı günədək 67 gün sürdü. Lakin təkcə on bir gün ərzində digər bir yüz min nəfər bu xəstəliyə yoluxdu və ondan dörd gün sonra dünyada bu virusa yoluxanların sayı 300 min nəfərə çatdı.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru dünyanın bu pandemiyanın hərəkət trayektoriyasını dəyişdirmək barədə siyasi öhdəlik götürməsini istəyib. O, həmçinin ölkələrdən istəyibdir ki, müdafiə və hücum tədbirlərini eyni zamanda həyata keçirsinlər.

ÜST COVID-19-UN YÜKSƏK TEMPİ HAQDA XƏBƏRDARLIQ EDİB

Teqlər