Tramp Çinə qarşı ittihamdan geri çəkilib
-
Tramp Çinə qarşı ittihamdan geri çəkilib
ABŞ prezidenti Pekinə vurduğu ittihamlardan geri çəkilərək, vəd verib ki, koronavirus pandemiyası sahəsində Çinlə həmkarlıq edəcək.
Donald Tramp öz tvitter səhifəsində yaydığı mesajda yazıb ki, hazırda Çin prezidenti Si Tsinpin ilə olduqca yaxşı danışılqlar apardı və koronavirus haqda ətraflı bəhs olundu.
Trampın tvittində qeyd olunur ki, Çin bu problemlə məşğul olub və bu virus haqda güclü anlama malikdir.
Amerika prezidentinin bu sözləri koronavirus pandemiyasının qızğın çağında yüksəlmiş Vaşinqton-Pekin gərginliklərinin azaldılması üzrə səyin əlaməti ola bilər.
ABŞ hökumətinin bəzi üzvləri son həftələr ərzində Çini koronavirus pandemiyası ilə bağlı məlumatların sızmasının qarşısını almaqda və nəticədə bütün dünyanın bu xəstəliyə düçar olmasında ittiham etmişdilər.
Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyi ötən həftə ingilis dilində yaydığı tvittlərdə bildirmişdi ki, böyük ehtimala qarşı koronavirusun mənşəyi Amerika şəhərlərindən biri olubdur.
TRAMP ÇİNƏ QARŞI İTTİHAMDAN GERİ ÇƏKİLİB