Tramp Ərriyadı və Moskvanı tənqid edib
ABŞ prezidenti neft bazarına zərbə vuduqlarına görə, Ərriyadı və Moskvanı tənqid edib. Bildirib ki, Ərəbistan və Rusiya neft məsələsində dəli-divanə olublar.
Donald Tramp sonra deyib ki, neft qiyməti üstündə Ərəbistanla Rusiya arasındakı savaş neftin beynəlxalq sektoruna ziyan vurur.
Mart ayının əvvəllərində və koronavirus pandemiyasına və neftə tələbin azalmasına görə, Moskvanın neft hasilatının daha da azalmasına qarşı çıxmasından sonra OPEK ilə Rusiya arasındakı müqavilə üç ildən sonra bitdi.
Digər tərəfdən, dünyada iki başlıca neft istehsalçısı olan Ərəbistan və Rusiya arasındakı rəqabətə görə, Ərriyad elan etdi ki, öz neft hasilatnın miqdarını gündə on milyon barreldən yuxarıya qaldıracaq.
Belə bir halda, koronavirus pandemiyasına və onun iqtisadi nəticələrinə görə, dünya bazarında qara qızıla tələbat azalıbdır.
TRAMP ƏRRİYADI VƏ MOSKVANI TƏNQİD EDİB