Fransada koronavirus qurbanlarının sayı artıb
Apr 06, 2020 13:13 Asia/Baku
Fransa hökumətinin elan etdiyi son statistikaya görə, bu ölkədə koronavirus qurbanlarının sayı 8 min 78 nəfərə çatıb.
Fransa rəsmiləri aprelin 5-də bildiriblər ki, koronavirus xəstələrindən daha 357 nəfərin ölümü ilə bu ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 8 min 78 nəfərə çatıb. Bu miqdardan 5 min 889 nəfər xəstəxanlarda, 2189 nəfər isə qocalar evlərində vəfat edibdir.
Fransa rəsmilərinin sözlərinə görə, bu ölkədə koronavirusa yoluxanların sayı 92 min 800 nəfəri keçib və COVID-19-un yayılması prosesi sıçrayışla davam etməkdədir.
Fransa xəstəxanalar federasiyasının sədri bildirib ki, yaxın gələcəkdə bu ölkə xəstəxanaları böyük izdihama görə, yeni xəstə qəbul etməyə qadir olmayacaqlar.
COVID-19 FRANSANI ÖZÜ İLƏ SÜRÜYÜB APARIR