Apr 10, 2020 10:17 Asia/Baku
  • Sanksiyalar koronavirusla mübarizəni əngəlləyir
    Sanksiyalar koronavirusla mübarizəni əngəlləyir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatdan kənar birtərəfli və icbari hərəkətlərin ləğvini istəyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünən axşam video-konfrans formasında keçirilən bu təşkilatın təhlükəsizlik şurasının qiyabi iclasında BMT-dən kənar sanksiyaların ləğvini istəyib və belə deyib: Bir əl ilə kömək edib, o biri əl ilə zərər vura bilmərik.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi COVID-19 pandemiyası ilə mübarizə vacibliyini vurğulayıb. O, deyib: Pandemiyanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsir göstərməyəcəyini söyləmək tamamilə yanlış bir hərəkətdir.

Nebenzya daha sonra BMT-nin baş katibi Antonio Quterreşin atəşkəs təşəbbüsünü alqışlayıb. Bildirib ki, toqquşmalar şübhəsiz, koronavirus pandemiyası böhranı ilə mübarizə istiqamətində hökumətlərin imkanlarından istifadəyə bir maneədir.

SANKSİYALAR COVID-19-LA MÜBARİZƏNİ ƏNGƏLLƏYİR

 

Teqlər