Çin COVID-19-la beynəlxalq mübarizəyə təkid edib
-
Çin COVID-19-la beynəlxalq mübarizəyə təkid edib
Çin Xarici İşlər Nazirliyinin sözçüsü COVID-19-la beynəlxalq mübarizə üçün həmkarlıq vacibliyini vurğulayıb.
Çjao Li Tszyan dünən Pekində sonra belə deyib: Çin hökuməti keçmişdə olduğu kimi koronavirusla birgə mübarizə, yardım və digər ölkələrlə həmkarlığı davam etdirəcək və dünyada ümumi səhiyyənin təhlükəsizliyinin qorunması üçün səy göstərəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra söyləyib ki, indiyədək bu ölkə hökuməti koronavirusun diaqnozu üzrə test və tibb ləvazimatlarını 127 dünya ölkəsinə və dörd beynəlxalq təşkilata göndərib.
O, çıxışının digər bir hissəsində ABŞ-ın dövlət katibi Mayk Pompeonun koronavirus barədə Çinə qarşı son sözlərinə cavabda deyib ki, başqalarını ittihamlandırmaq koronavirusu aradan götürə bilməz.
Hazırda dünya ölkələri koronavirusla mübarizə aparmaqla məşğuldurlar. İndiyədək dünya xalqlarından bir milyon 600 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan azı 96 min nəfər həyatını itirib, təqribən 362 min nəfər isə sağalıb və xəstəxanalardan buraxılıbdır.