Apr 13, 2020 16:42 Asia/Baku
  • Berlin Avropadakı koronavirus böhranının nəticələri haqda xəbərdarlıq edib
    Berlin Avropadakı koronavirus böhranının nəticələri haqda xəbərdarlıq edib

Almaniyanın xarici işlər naziri Avropada koronavirusun yayılmasından irəli gələn insani və iqtisadi nəticələr barədə xəbərdarlıq edib.

Almaniyanın xarici işlər naziri Hayko Maas dünən «Velt» qəzetinin bazar günləri çıxan xüsusi buraxılışında dərc olunan məqaləsində yazıb: Əgər koronavirusun yayılması ilə dünyadakı bütün ölkələr və bölgələr insani və iqtisadi məhvə dücar olarlarsa, Almaniya da davam gətirməyəcəkdir.

Almaniyanın xarici işlər naziri söyləyib: Təkcə Avropa həmrəyliyi yetməz, iqtisadi bilikdən də istifadə etmək gərəkdir.

Avropa Birliyinin maliyyə nazirləri koronavirus pandemiyasının iqtisadi nəticələrilə mübarizə məqsədilə 500 milyard avro məbləğində müştərək büdcənin ayrılması ilə razılaşıblar, lakin Hollandiya və İtaliya kimi ölkələr bu layihəyə qarşıdırlar.

Almaniyanın xarici işlər naziri sonra yazıb: Avropa Birliyinin əsas dəyərlərinə zərbə vuran ölkələr birliyin maliyyə məziyyətlərindən qeyri-məhdud şəkildə bəhrələnəcəklərini gözləməməlidirlər.

Deyilənlərə görə, Maas Macarıstanı nəzərdə tutub. Zira bu ölkənin baş naziri Viktor Urban mart ayının sonlarında bir layihə ilə koronavirusla mübarizə adı altında parlamentdən geniş ixtiyarlar əldə etdi.

Macarıstan hökuməti koronavirus karantini dövründə seçkilərin keçirilməsini qadağan etməkdən əlavə, qanunsuz şəkildə evdən çıxmağa və saxta xəbərlər yaymağa görə, səkkiz ilədək həbs kimi ağır cəzalar nəzərdə tutubdur.

BERLİN COVID-19-UN NƏTİCƏLƏRİ HAQDA XƏBƏRDARLIQ EDİB

 

Teqlər