Lİviyada yüzlərlə məhbus qaçıb
-
Lİviyada yüzlərlə məhbus qaçıb
Liviyanın paytaxtı Tripolinin qərbində yerləlşən Sərman şəhərində yüzlərlə məhbus zindandan qaçıb.
Liviya Milli Birlik hökuməti bildirib ki, Sərman şəhəri məhbuslarından 393 nəfər çərşənbə günü hökumət qüvvələri bu şəhəri feldmarşal Xəlifə Həftər qüvvələrindən təmizləməkdə olarkən təhlükəsizlik boşluğundan istifadə edərək, zindandan qaçıbdır.
Liviya Milli Birlik hökuməti zindandan qaçmış məhbuslardan istəyibdir ki, özlərini qanuni mərkəzlərə təhvil versinlər. Bu hökumət hərbi qüvvələrə də göstəriş veribdir ki, tez bir zamanda məhbusları həbs edərək, zindana qaytarsınlar.
Liviya Milli Birlik hökumətinin qüvvələri çərşənbə axşamı günü Sərman şəhərini feldmarşal Həftər qüvvələrinin nəzarətindən çıxardılar.
BMT Liviyada koronavirusun yayılmasına rəğmən, son həftələrdə bu ölkədə döyüşlərin şiddətlənməsi haqda xəbərdarlıq edibdir.
LİVİYADA YÜZLƏRLƏ MƏHBUS ZİNDANDAN QAÇIB