Apr 16, 2020 13:32 Asia/Baku
  • BMT ABŞ-ın sanksiyalarının ləğv edilməsini tələb etməkdə davam edir
    BMT ABŞ-ın sanksiyalarının ləğv edilməsini tələb etməkdə davam edir

BMT-nin sözçüsü vurğulayıb ki, bu təşkilatın baş katibi koronavirus pandemiyası ilə təsirli mübarizə məqsədilə birtərəfli sanksiyaların ləğvini istəməkdə davam edir.

BMT-nin mətbuat katibi Stefan Ducarrik dünən deyib: Baş katib Antonio Quterreş, eləcə də bu təşkilatın bütün orqanları dəfələrlə vurğulayıblar ki, sanksiyalar koronavirus pandemiyasına cavabda İran kimi ölkələrin imkanlarına neqativ təsir göstərir, amma Amerika öz siyasətlərini dəyişməyibdir.

Ducarrik sonra deyib: Quterreş sanksiyaların götürülməsi vacibliyini vurğulayaraq, bu mövqeyi açıq şəkildə və birtərəfli sanksiyalar tətbiq etmiş BMT üzvləri ilə xüsusi müzakirələrdə elan edibdir.

Son həftələrdə dünyada və İranda koronavirusun yayılmasından sonra müxtəlif ölkələrin və beynəlxalq təşkilatların çox sayda rəsmisi ABŞ-ın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini istəyiblər.Vaşinqtonun əsas mallara və hətta dərman preparatlarına və tibbi ləvazimatlara şamil olan birtərəfli və zalımcasına sanksiyaları İran xalqı, xüsusən də koronavirus xəstələri üçün bir çox problemə səbəb olubdur.ABŞ İrana qarşı ən yeni addımında Tehrana kreditin verilməsini təsdiqləməsin deyə, Beynəlxalq Valyuta Fonduna təzyiq göstərir.Xəbər mənbələri çərşənbə günü Reuters-ə bildiriblər ki, Amerika koronavirus pandemiyası ilə mübarizə aparmasına kömək məqsədilə İrana kreditin təqdim olunması üçün Beynəlxalq Valyuta Fondunun “xüsusi götürmə haqqı” adlı mexanizmdən istifadə etməsi prosesini əngəlləməyə çalışır.

BMT ABŞ-IN SANKSİYALARININ LƏĞVİNİ İSTƏMƏKDƏ DAVAM EDİR

 

 

Teqlər