ABŞ-ın ümumi daxili istehsalında azalma rekordu haqda xəbərdarlıq
https://azeri.sahartv.ir/news/dünya-i360810-abŞ_ın_ümumi_daxili_istehsalında_azalma_rekordu_haqda_xəbərdarlıq
Ağ Ev-in iqtisadi müşaviri Kevin Host xəbərdarlıq edib ki, 2020-ci ilin ilk rübündə ABŞ-ın ümumi daxili istehsalı misli görünməmiş bir tənəzzüllə üzləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 06:57 Asia/Baku
  • ABŞ-ın ümumi daxili istehsalında azalma rekordu haqda xəbərdarlıq

Ağ Ev-in iqtisadi müşaviri Kevin Host xəbərdarlıq edib ki, 2020-ci ilin ilk rübündə ABŞ-ın ümumi daxili istehsalı misli görünməmiş bir tənəzzüllə üzləşəcək.

Kevin Host dünən Foks-Nyus telekanalı ilə müsahibədə Amerikanın iqtisadi vəziyyətini ağır dəyərləndirib. Qeyd edib ki, ABŞ iqtisadiyyatında böyük bir şokun şahidi olacağıq.

Koronavirus pandemiyası və dünyada tələb və təqdimin tarazsızlığı üzündən Amerika neftinin qiyməti bazar ertəsi günü tarixdə ilk dəfə olaraq mənfi dollar həddinə endi və həmin günün sonunda hər barreldə mənfi 37 dollar 63 sent dollara tənəzzül etdi.

Son aylar koronavirusun yayılması səbəb olubdur ki, bütün dünyada iqtisadi fəaliyyətlər kəskin tərzdə azalmış və fossil yanacaqlara tələbat son onilliklərdə ən aşağı həddə enmiş olsun.

 

ABŞ-IN ÜMUMİ DAXİLİ İSTEHSALI TƏNƏZZÜL EDİR