Apr 23, 2020 07:52 Asia/Baku
  • Trampdan İran peykinin uğurlu atışına reaksiya

ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam İranın «Nur» peykinin uğurlu atışına reaksiyada deyib ki, Vaşinqton İranı yaxından nəzarətdə saxlayır.

«Nur» peyki İranın ilk hərbi peyki kimi çərşənbə günü səhər Sepah tərəfindən üçetaplı «Qased» peykdaşıyıcı vasitəsilə İranın mərkəzi səhrasından kosmosa buraxılaraq, yerin 425 kilometrlik orbitində yerləşdi.

Donald Tramp çərşənbə günü axşam Amerikada koronavirus pandemiyası haqda keçirdiyi gündəlik mətbuat konfransında həmçinin Amerika gəmilərinə yaxınlaşacaqları halda İranın sürətli qayıqlarına tərəf atəşin açılması haqda fərmanın verilməsi barədəki sualın cavabında deyib: Onların möhkəm və diqqətəlayiq silahları var.

ABŞ prezidenti Donald Tramp dünən tvitter-də İrana qarşı çərənləyərək, yazıb ki, bu ölkənin dəniz qüvvələrinə Amerika gəmiləri üçün problem yaratmaq istəyən İran qayıqlarını hədəfə almaq əmri veribdir.

Qərbi Asiyada yerləşən SENTKOM adlı ABŞ-ın terrorçu qüvvələrinin komandanlıq mərkəzi ötən həftənin çərşənbə günü bir açıqlamada iddia etdi ki, İranın bir neçə hərbi gəmisi Fars Körfəzindəki ABŞ hərbi gəmilərinə yaxınlaşıbdır.

İran İslam Respublikası dəfələrlə bildiribdir ki, Fars Körfəzi və Hörmüz boğazında xarici hərb gəmi və təyyarələrin izlənilməsi İranın haqqıdır və İranın dəniz və hava məkanlarına təcavüz edəcəkləri halda onlarla beynəlxalq qanunlarla rəftar ediləcəkdir.

TRAMPDAN İRAN PEYKİNİN UĞURLU ATIŞINA REAKSİYA

Teqlər