COVID-19-un Almaniyadakı kirənişinlərə mənfi təsirləri
Koronavirus böhranı Almaniyada yüz minlərlə ailəni öz mənzilinin kirayəsinin ödənişində problemlə üzləşdiribdir.
Koronavirus böhranı bais olubdur ki, Almaniyada bir milyon 600 min nəfər öz mənzilinin kirayəsini verə bilməsin.
Proqnozlara görə, gələn milad ayında da ailələrin 17,6 faizi, yəni təqribən 4 milyon 200 min ailə kirayənin ödənilməsi problemi ilə üzləşəcək ki, onun məbləği bütövlükdə bir milyard 900 milyon avro hesab olunur.
Almaniya hökuməti bundan öncə bildirmişdi ki, koronavirus epidemiyasına görə, heç bir ev sahibi ödəniş üzrə maliyyə gücsüzlüyü səbəbindən kirayə müqaviləsini ləğv edə bilməz.
Almaniyanın müxtəlif əyalətlərindən yayılan statistikalara əsasən, indiyədək bu ölkədə 153 min nəfərdən çox isan koronavirusa yoluxub və bu miqdardan 5 min 500 nəfərdən çox insan da vəfat edibdir.
COVID-19 pandemiyası böhranı Avropa ölkələrinə ağır iqtisadi zərbələr vurubdur.
COVID-19-UN ALMANİYADA MƏNZİL KİRAYƏSİNƏ TƏSİRLƏRİ