Ermənistanda əhali baş nazirin igamətgahı qarşısında piket keçirib
https://azeri.sahartv.ir/news/dünya-i361176-ermənistanda_əhali_baş_nazirin_igamətgahı_qarşısında_piket_keçirib
İrəvanda yüzlərlə adam baş nazirin işıq və qaz pulunun dövlət tərəfindən ödəniləcəyinə dair vədinə sadiq qalmamasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2020 18:50 Asia/Baku
  • Ermənistanda əhali baş nazirin igamətgahı qarşısında piket keçirib

İrəvanda yüzlərlə adam baş nazirin işıq və qaz pulunun dövlət tərəfindən ödəniləcəyinə dair vədinə sadiq qalmamasına etiraz olaraq aksiya keçirib.

İİR-nin erməni dilində sərhədaşırı radiosunun bildirdiyinə görə, aksiya bu gün İrəvanda elə bir şəraitdə keçirilib ki, Ermənistan dövləti koronavirusun yayılmasına qarşı  fövqəladə vəziyyət elan edərək hərhansı toplantıya qadağa qoyub. 

Ermənistan baş naziri koronavirusun bu ölkədə yayılmaqda olduğu ötən ayda müəyyən vədlər verdi ancaq etirazçılara görə bu vədlər yerinə yetirilməyib. 

Paşiniyan demişdi ki, koronavirusun yayılması ücbatından peşə fəaliyyətlərinə dəyən ziyanları nəzərə alaraq əhali enerji təminatçısı olan rus şirkətlərinə işıq və qaz pulunu ödəmək məcburiyyətində deyil. 

Etirazçılara görə, onlar işıq və qaz pulunu ödəmədikdən sonra onların işığı və qazı kəsilib.