Roma Papasının köməkçisi koronavirusa yoluxdu
https://azeri.sahartv.ir/news/dünya-i361471-roma_papasının_köməkçisi_koronavirusa_yoluxdu
Vatikanın mətbuat xidməti Roma Papası Fransiskin köməkçisinin COVID-19-a yoluxduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2020 13:38 Asia/Baku
  • Roma Papasının köməkçisi koronavirusa yoluxdu

Vatikanın mətbuat xidməti Roma Papası Fransiskin köməkçisinin COVID-19-a yoluxduğunu bildirib.

Roma Papası Fransiskin köməkçisi COVID-19-a yoluxub.

SəhərAzəri -in məlumatına görə CNN telekanalı bu barədə Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruniyə istinadən xəbər yayıb.

Bildirilir ki, hazırda Papa Fransiskin köməkçisi evdə həkim nəzarəti altındadır.

Qeyd edək ki, bu günə qədər Vatikanda 12 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.