Britaniyada son sutkada 464 nəfər koronavirusdan ölüb
https://azeri.sahartv.ir/news/dünya-i361473-britaniyada_son_sutkada_464_nəfər_koronavirusdan_ölüb
Britaniyada Covid-19 virusuna yoluxaraq həyatını itirənlərin sayı artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2020 14:00 Asia/Baku
  • Britaniyada son sutkada 464 nəfər koronavirusdan ölüb

Britaniyada Covid-19 virusuna yoluxaraq həyatını itirənlərin sayı artıb.

Böyük Britaniyada son sutka ərzində 464 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

SəhərAzəri xəbər verir, APA-nın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 30 540 nəfərə çatıb.

Bildirilib ki, ölənlərin yaşı 28-100 aralığında dəyişir.

Britaniyada indiyədək 200 000-dən çox şəxs virusa yoluxub.