May 09, 2020 08:22 Asia/Baku
  • ABŞ-da işsizlik səviyyəsinin artması bir faciədir

Amerikanın Vemont ştatından olan senator Berni Senders cümə günü gecə tvitter-də Amerikada itirilmiş peşələrin sayı və bu ölkədə işsizlik səviyyəsinin artmasını faciəli vəziyyət adlandırıb. Vurğulayıb ki, Tramp hökuməti işçilərin əmək haqqılarını təmin etməlidir.

Senders həmçinin Amerika iqtisadiyyatındakı korrupsiyaya və saxtakarlığa işarə edib. Yazıb ki, Amerikanın hazırkı iqtisadi təzyiqi bu ölkə fəhlələrinin çiyinləri üzərinə düşür.

Amerikanın Masaçuset ştatından olan demokrat senator Elizabet Varren də cümə günü gecə tvitter-də 30 milyondan çox amerikalının işsiz qalmasına işarə edib və onu bu ölkə üçün böyük bir məğlubiyyət adlandırıbdır.

Varren tvitter-də bildirib ki, Amerikanın bu iqtisadi faciədən çıxması üçün Tramp və onun respublikaçı müttəfiqlərinin hələ heç bir planı yoxdur.

Amerikada koronavirus epidemiyasının başlandığı zamandan bəri bu ölkədə minlərlə şirkət və zavod bağlanıbdır.

Təkcə aprel ayında Amerikada təqribən 20 milyon 500 min iş itirildi və işsizlik göstəricisi 14,7%-ə çatdı ki, bu da ötən əsrin 30-cu illərindəki böyük durğunluq zamanından bəri ən yüksək göstəricidir.

Assoşieyted-Press cümə axşamı günü bildiribdir ki, son 7 həftə ərzində Amerikada təqribən 33,5 milyon nəfər işsizlik sığortası almaq ərizəsi veribdir.

Proqnoz edilir ki, Amerikada işsizlik göstəricisi minimum 16%-ə çatacaq. Bu 2-ci dünya savaşından sonrakı geniş durğunluq dövründən bəri ən yüksək işsizlik göstəricisidir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Son statistikalara görə, indiyədək Amerikada bir milyon 292 min 917 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 76 min 942 nəfər həyatını itiribdir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı fövqəladə vəziyyətdədir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

ABŞ-DA İŞSİZLİK SƏVİYYƏSİNİN ARTMASI BİR FACİƏDİR

Teqlər