May 09, 2020 21:43 Asia/Baku
  • Britaniyada  daha 346 nəfər ölüb

Britaniyada Son gün ərzində virusa yoluxma ilə bağlı aşkar edilmiş hallar 2 217 artıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 215 260-a yüksəlib. 

Böyük Britaniyada son sutka ərzində COVID-19 qurbanlarının sayı 346 nəfər artaraq 31587-yə yüksəlib.

SəhərAzəri RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.

O, qeyd edib ki, son sutkada ölkədə daha 346 nəfər virusdan ölüb. 

Cümə gününə olan məlumatlara görə, ölkədə koronavirus qurbanlarının sayı 31 241 təşkil edirdi.

Son gün ərzində virusa yoluxma ilə bağlı aşkar edilmiş hallar 2 217 artıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 215 260-a yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər