May 10, 2020 15:46 Asia/Baku
  • Almaniya xalqı məhdudlaşdırıcı  qaydalara etiraz edib

Almaniya xalqı bu ölkənin müxtəlif şəhərlərində maskadan icbari istifadəyə və koronavirusla mübarizə istiqamətindəki məhdudlaşdırıcı qaydalara qarşı aksiya keçirib.

Almaniyada minlərlə nəfər dünən ümumi nəqliyyat vasitərlərində və ictimai məkanlarda maskadan icbari istifadə və koronavirusla mübarizə istiqamətindəki məhdudlaşdırıcı qaydalarla öz müxalifətini bildirmək üçün aksiya keçiribdir.

Dünənki aksiyaların əsas ocağı Ştutqart şəhəri olub. Berlin, Münhen və Frankfurt şəhərlərində də oxşar aksiyalar keçirilibdir.

Almaniyada koronavirusun sürətlə yayılması ilə mübarizə istiqamətində aprel ayından bəri xüsusi qaydalar tətbiq edilibdir.

Dünən Almaniyanın müxtəlif şəhərlərində geniş aksiyaların keçirilməsinin təşəbbüskarı müxalifətçilər qrupu olubdur.

Almaniyada ekstremist sağçı qrupların mövcud durumdan sui-istifadə etmələrindən nigarançılıq və hökumət qaydaları ilə müxalifət artıbdır.

ALMANİYA XALQI MƏHDUDLAŞDIRICI QAYDALARA ETİRAZ EDİB

 

Teqlər