Hindistan müsəlmanları öldürür, dünya seyr edir
Hindistanın paytaxtı Yeni Dehlidə, 3013 müsəlman yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbiylə karantində saxlanma dövrunun sona çatmasına baxmayaraq, karantin məntəqələrində qalmaq məcburiyyətindədir
SəhərAzəri xəbər verir, Kovid-19 sınaqları mənfi olan Təbliğ Cəmiyyyətinə mənsub olan müsəlmanlar, hakimiyyət orqanlarından sərbəst buraxılmalarını dəfələrlə istəsələr də, 40 gündən çoxdur qarantin obyektlərində gözləyirlər.
Delhi Kovid-19 Sağlamlıq Mərkəzi Koordinatoru Dr. Muhammed Şuayb mediaya verdiyi açıqlamada sözü gedən müsəlmanların sərbəst buraxılmağa hazır olduqlarını bildirib.
Bu vəziyyəti bir neçə dəfə səlahiyyətlilərlə müzakirə etdiyini dilə gətirən Şuayb sənədlərin hazırlanması barədə qənqəbəxş cavab almadıqlarını söylədi.
MÜSƏLMANLARA MƏHBUS GÖZÜNDƏ BAXILIR
Şuayb əlavə edib, karantin şəraitindı olan 3013 müsəlmanın, 567 nəfəri müxtəlif ölkələrin vətəndaşıdır.
Dehli Səhiyyə İdarəsi tərəfindən Aprel və May aylarında Daxili İşlər Nazirliyinə göndərilən məktublar geri qaytarılmadı.
Mənfi sınaqlara və 14 günlük karantin müddətinin bitməsinə baxmayaraq karantin obyektlərini tərk etməyə icazə verilməyən müsəlmanlar mövzu ilə əlaqədar ərizə tənzimləmələrin edilməsini tələb edirlər.
HINDULAR ONLARI HƏDƏF GÖZÜNDƏ GÖRÜR
Martın əvvəlində Hindistan Təbliğ Cəmiyyəti tərəfindən paytaxt Yeni Dehlidə təşkil edilən tədbirə qatılan insanlarda Kovid-19-ın aşkarlanması və virusun müxtəlif bölgələrə yayılması bəhanəsi ilə müsəlmanlara qarşı nifrət doğuran mövqelər sərgilənib.
Hökumətyönlü televiziya kanalları, sosial media istifadəçiləri, yazıçılar və jurnalistlər də daxil olmaqla insanlar və qurumlar müsəlmanları hədəf lövhəsinə çeviriblər. Təbliğ Cəmiyyətinin rəhbəri Mövlana Muhammed Saad Kandehlevi, tədbirin təşkili üçün ciddi ittihamlarla üzləşir.