Türkiyədə COVID-19-a qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq
May 12, 2020 09:23 Asia/Baku
Türkiyə prezidenti koronavirusun bu ölkədə yayılmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlərin tətbiqindən və komendant saatının uzadılmasından xəbər verib.
SaharAzeri xəbər verir: Rəcəb Tayyıp Ərdoğan İstanbulda yerləşən Huber sarayında video-konfrans vasitəsilə etdiyi çıxışında bildirib ki, yeni məhdudiyyətlər gələn həftənin şənbə günündən başlanacaq və qabaqkı məhdudiyyətlərlə yanaşı, mayın 19-dək davam edəcəkdir.
Türkiyədə koronavirusa yoluxanların sayı, 1114 yeni yoluxma halının üzə çıxarılması ilə 139 min 771 nəfərə çatıb. Bu miqdardan 3841 nəfər də vəfat edibdir.
TÜRKİYƏDƏ YENİ MƏHDUDİYYƏTLƏR TƏTBİQ OLUNACAQ
Teqlər