İngiltərə parlamenti sionist rejimi sanksiya ilə hədələyib
İngiltərə parlamentinin lordlar palatasının bir komitəsi qərb sahilini işğal olunmuş ərazilərə qatacağı təqdirdə sionist rejimi sanksiya ilə hədələyib.
SaharAzeri xəbər verir: İngiltərə parlamentinin lordlar palatasının beynəlxalq əlaqələr və müdafiə məsələləri komitəsi bu ölkə hökumətinə məktubda ondan, qərb sahilini işğal olunmuş ərazilərə qatacağı təqdirdə sionist rejimi sanksiya etməsini istəyibdir.
Komitə İngiltərə xarici işlər nazirinin Qərbi Asiya məsələləri üzrə müavini Ceyms Klorliyə məktubda qeyd edibdir ki, əgər sionist rejim özünün/ qərb sahilini işğal olunmuş ərazilərə qatmaq planını davam etdirərsə, onun İngiltərə bazarlarına çıxışı qadağan olunmalıdır.
İngiltərə parlamentinin lordlar palatasının beynəlxalq əlaqələr və müdafiə məsələləri komitəsi bu məktubda sonra bildirib: Qərb sahilinin qatılması beynəlxalq qanunlara ziddir və bu planın həyata keçirilməsi sionist rejim üçün pis nəticələrlə yanaşı olmalıdır.
Bu komitə həmçinin Fələstin dövlətinin rəsmən tanınmasını istəyibdir.
Klorlinin özü də bundan öncə demişdi ki, İngiltərə sionist rejimin qərb sahilindən bəzi hisssələrin işğal olunmuş ərazilərə qatılması planını himayə etməyəcəkdir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu və «Mavi və Ağ» partiyasının sədri Benni Qants aprelin 20-də koalisiya hökumətinin təşkili ilə razılaşmaqdan əlavə, bildirdilər ki, İordan dərəsi və qərb sahilindən bəzi hisssələrin işğal olunmuş ərazilərə qatılması prosesinə iyul ayından başlayacaqlar.
Sİonist rejimin bu qərarı dünya ictimaiyyətinin mənfi reaksiyası ilə üzləşibdir.