«Nur» peyki ilə bağlı ABŞ-ın hiddəti və ittihamları səngimir
ABŞ rəsmilərinin İranın «Nur» peykinin kosmosa buraxılmasından olan əsəbiliklərinin davamında bu dəfə Amerikanın BMT-dəki nümayəndəliyi bu peykin buraxılmasını Təhlükəsizlik Şurası qətnaməsinin pozulması adlandırıbdır.
SaharAzeri xəbər verir: Amerikanın BMT-dəki nümayəndəliyik ofisi Təhlükəsizlik Şurasında 2231 saylı qətnamənin icra komitəsinin qeyri-rəsmi iclasında bir açıqlama yayıb. İddia edib ki, İranın aprel ayında kosmosa süni peyk buraxması bu qətnaməni pozubdur. O, həmçinin iddia edib ki, İran BMT-nin silah sanksiyasını pozmağı da davam etdirir.
«Nur» peyki İranın ilk hərbi peyki kimi aprelin 22-də Sepah tərəfindən üçetaplı «Qased» peykdaşıyıcı vasitəsilə İranın mərkəzi səhrasından kosmosa buraxılaraq, uğurla yerin 425 kilometrlik orbitində yerləşdirildi.
İran vurğulayıbdır ki, bu layihənin Amerikanın nüvə başlıqları daşımaq qabiliyyətinə malik olan ballistik raketlər barədə iddia etdiyi məsələ ilə heç bir əlaqəsi yoxdur.
Amerika və müttəfiqləri əks-təbliğat aparıb, hay-küy salmaqla bu elmi nailiyyətin önəmini azaltmağa və onu BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozucusu kimi göstərməyə can atırlar.
ABŞ-IN İRANIN «NUR» PEYKİNƏ QARŞI HİDDƏTİ DAVAM EDİR