May 14, 2020 14:25 Asia/Baku
  • Əşrəf Qəni Kabil terror hücumuna reaksiya verib

Əfqanıstan prezidenti bu ölkənin paytaxtı Kabildə yerləşən bir xəstəxanaya qarşı terror hücumuna reaksiyada deyib ki, əfqan xalqının hər bir hissəsi hücuma məruz qalarkən o, həmin hissəyə aid olur və bu gün də Əşrəf Qəni «həzarə» və şiədir.

SaharAzeri-nin bildirdiyinə görə, Muhəmməd Əşrəf Qəni dünən gecə/ çərşənbə axşamı günü yaraqlı hücumçuların hücumuna məruz qalan bu xəstəxanaya baş çəkərkən deyib: Əfqanıstan xalqı vahid bir bir millətdir və heç bir əfqan digər bir əfqandan üstün deyildir. Əgər terror qrupları Əfqanıstan xalqını bir-birindən ayıra və təfriqə salmaqla bizi bir-birimizin qarşısında qoya biləcəklərini təsəvvür edirlərsə, bu arzunu qəbirə aparacaqlar.

Əfqanıstan prezidenti sonra deyib: Xəstəxanaya hücum, müqəddəs İslam dininin göstərişlərinə zidd olaraq, hücumçuların qorxusu, cinayəti, tüğyan etmələri və yollarını azdıqlarını göstərir və bağışlanmazdır.

Silahlı hücumçuların Kabildəki qadın xəstəxanasına qarşı hücumunda uşaqlı-qadınlı 24 nəfər həyatını itirib, on altı nəfər də yaralanıbdır.

İŞİD terror qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürübdür.

ƏŞRƏF QƏNİ KABİL TERROR HÜCUMUNA REAKSİYA VERİB

 

Teqlər