Tramp ən ləyaqətsiz ABŞ prezidentidir
https://azeri.sahartv.ir/news/dünya-i361795-tramp_ən_ləyaqətsiz_abŞ_prezidentidir
Amerikada respublikaçılar partiyasının strateqi hazırkı prezidenti bu ölkə tarixində ən ləyaqətsiz prezident adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2020 09:52 Asia/Baku
  • Tramp ən ləyaqətsiz ABŞ prezidentidir

Amerikada respublikaçılar partiyasının strateqi hazırkı prezidenti bu ölkə tarixində ən ləyaqətsiz prezident adlandırıb.

SaharAzeri xəbər verir: Stiv Şmidt MSNBC telekanalı ilə müsahibədə ABŞ prezidenti Donald Trampın fəaliyyət tərzini tənqid edərək, deyib: Tramp öz vəzifələrinin icrasında uğursuz olub və Amerika tarixində heç bir prezident bu həddə nakam qalmayıbdır.

Stiv Şmidt Trampın koronavirus pandemiyası ilə rəftar tərzini bu ölkə üçün təhlükəli bir nümunə adlandırıb və belə söyləyib: Əslində Amerikada koronavirus epidemiyası və bu virusa yoluxma nəticəsində minlərlə nəfərin həyatını itirməsi Trampın açıq-aşkar zəif müdiriyyətinin və Amerika tarixində olduqca geniş bir böhrana reaksiyadakı ləyaqətsizliyi və yaramazlığının digər bir nümunəsidir.

TRAMP ƏN LƏYAQƏTSİZ ABŞ PREZİDENTİDİR