May 16, 2020 07:09 Asia/Baku
  • Beynəlxalq Amnistiya Vaşinqtonu pislədi

Beynəlxalq Amnistiya Vaşinqtonu İsrail rejiminin ilhaq siyasətini dəstəklədiyinə görə pislədi

Beynəlxalq Amnistiya insan haqları təşkilatı, ABŞ-ın, sionist rejimin İordan Çayının Qərb Sahilindəki ərazilərin işğal olunmuş ərazilərə ilhaq etmə planını dəstəkləməsini, qəsbkar İsrail rejiminin insan haqlarının pozulmasına davam etməsi üçün "yaşıl işıq" adlandırdı.

SəhərAzəri Parstoday-ə istinadən xəbər verir, Beynəlxalq Amnistiya Təşkilatı mayın 14-ü “Tvitter” səhifəsində yazıb: "ABŞ-ın, İsrail rejiminin Qərb Sahilindəki bəzi ərazilərin ilhaq planına verdiyi dəstəyi ABŞ və İsrail rejiminin özlərini qanundan kənar hesab etdiklərini əyani şəkildə göstərir"

. Beynəlxalq Amnistiya, bu planı beynəlxalq qanunun pozuntusu adlandıraraq, beynəlxalq ictimaiyyəti İsrail rejiminin Qərb Sahilinin hissələrini qanunsuz ilhaq etmək planını qəbul etməməyə və işğal olunmuş Fələstin ərazilərindəki sionist yaşayış məntəqələrinin qanunsuzluğunu vurğulamağa çağırıb. Sonda təşkilat beynəlxalq insan haqlarına uyğun olaraq, bu cür planların sionist rejimin qanuni öhdəliklərini dəyişdirməyəcəyini və Fələstin xalqını bu qanun çərçivəsində sahib olduqları müdafiədən məhrum etməyəcəyini vurğulayır.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo  ABŞ-ın sionist rejim tərəfindən Qərb sahilinin əhəmiyyətli hissəsinin işğal olunmuş ərazilərə ilhaq edilməsi planını dəstəklədiyini açıqlayıb.

Teqlər