May 18, 2020 08:28 Asia/Baku
  • Putin Rusiyanın dəhşətli silahı haqda danışıb

Rusiya Prezidenti Vladimir Putin dünyada analoqu olmayan silah istehsalında elm adamlarının rolu barədə danışıb.

lenta.ru Xəbər Portalının məlumatına əsasən, Rusiya dövlət başçısı bildirib ki, inkişaf etmiş elm hazırda dünyanın heç bir ölkəsində olmayan yüksək texnoloji göstəricilərə malik silahların yaradılması üçün vacib şərtdir: “Fundamental elm, elmi məktəblər və ya mühəndis heyəti olmasaydı, biz bunu necə edə bilərdik? Bu, tamamilə mümkünsüz olardı".

Qeyd edək ki, Putin 2019-cu ilin payızında Rusiyanın unikal hipersəsli silah yaratdıqdan sonra da modern silah növləri hazırlamağa davam etdiyini açıqladı.

Bu arada ABŞ prezidenti Donald Tramp da ölkəsinin strateji silah istehsalında Rusiyadan geri qalmadığını nümayiş etdirmək üçün  jurnalistlər qarşısına çıxaraq Amerikanın “super-puper” raket işləyib hazırladığını açıqlayıb... 

Trampa görə bu raket Rusiyanın analoji raketlərindən 17 dəfə sürətli olacaq.

O bildirib ki, Birləşmiş Ştatlar hipersəs sürətli raketlərdə öz rəqiblərini, o cümlədən Çini və Rusiyanı geridə qoyacaq “super-puper” raket üzərində işləyir.

“İndi biz elə ağlasığmaz səviyyədə texnika yaradırıq ki, beləsini əvvəllər heç kim görməyib. Bizim başqa seçimimiz yoxdur, rəqiblərimizlə mübarizə aparmalı, onlarla yarışa girməliyik”, deyə ABŞ prezidenti belə deyib.

Qeyd edək ki, Lakin hipersəs sürətli raketlərdə ABŞ-ı xeyli geridə qoyan Rusiya bu yaxınlarda daha bir super-raket üzərində işlədiyini açıqlayıb. Bu, Tu-22M3 strateji bombardmançısında yerləşdirilmək üçün nəzərdə tutulan və Rusiyanın hərbi sənayesindəki mənbələrin dediyi kimi, tamamilə yeni, bundan əvvəlki raketlərlə bənzərliyi olmayan raketdir.Bütün bunlar isə Rusiya-ABŞ əlaqələrinin gərginləşməsi fonunda soyuq müharibədən bəri misli görünməmiş silahlanma yarışının ən ciddi mərhələsi kimi qəbul olunur. 

PUTİN RUSİYANIN DƏHŞƏTLİ SİLAHI HAQDA DANIŞIB

Teqlər