Rusiya hərbi xərclərini artırdı
https://azeri.sahartv.ir/news/dünya-i361921-rusiya_hərbi_xərclərini_artırdı
Rusiya hakimiyyəti ordu və digər güc strukturları üçün xərclərini artırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2020 08:05 Asia/Baku
  • Rusiya hərbi xərclərini artırdı

Rusiya hakimiyyəti ordu və digər güc strukturları üçün xərclərini artırır.

SəhərAzəri Axar.az-a xəbər verir ki, bu məlumatı “Finanz.ru” saytı yayıb. Məlumata görə, yanvardan aprelə qədərki müddət ərzində ordunun maliyyələşməsi 4,3% və ya 35,4 milyard rubl artıb. Ümumilikdə ordu xərcləri ilk dörd ay ərzində 1,15 trilyon rubla yüksəlib.

Bununla bərabər nüvə-silah kompleksi üçün xərclər 23%, yeni silahların hazırlanması üçün xərclər isə 12,3% yüksəlib.