ABŞ-ın sanksiyaları tibbi terrorizmdir
Suriyanın Rusiyadakı səfiri Amerikanın koronavirus pandemiyasının qızğın çağında onun ölkəsinə qarşı sanksiyalarını kəskin şəkildə tənqid edib və onu tibbi terrorizm adlandırıbdır.
SaharAzeri xəbər verir: Riyad Həddad virtual bir toplantıda vurğulayıb ki, ABŞ-ın Suriyaya qarşı birtərəfli sanksiyaları qanunsuz olaraq, beynəlxalq qanunlara ziddir. O, deyib ki, bu sanksiyalar koronavirusla mübarizəyə mane olur.
Suriyanın Rusiyadakı səfiri bildirib ki, koronavirusla mübarizə üçün Suriyanın dərmana və tibbi ləvazimatlara ehtiyacı var. O, Ümumdünya Səhiyyə Təşkilatından istəyibdir ki, ABŞ-ın sanksiyalarına qarşı çıxsın.
Koronavirus pandemiyasına görə, son həftələr beynəlxalq rəsmilər və bir qrup ölkənin məsul şəxsi Amerikanın qanunsuz və birtərəfli sanksiyalarının ləğvini istəyiblər. Amma Donald Trampın başçılığı altında olan ABŞ hökuməti indiyədək bu tələblərə qarşı çıxıbdır.
Rusiya, Çin, Suriya, Kuba, Şimali Koreya, İran, Nikaraqua və Venesuelanın BMT-dəki nümayəndələri son zamanlar BMT-nin baş katibi Antonio Quterreşə ünvanladıqları məktubda koronavirusla mübarizə istiqamətində Amerikanın sanksiyalarının götürülməsi vacibliyi barədə xəbərdarlıq etmişdilər.