Koronavirus və Mnuçinin ABŞ iqtisadiyyatına daimi ziyan haqda xəbərdarlığı
Amerikanın maliyyə naziri xəbərdarlıq edibdir ki, ştatlarda peşələrin tətil olması prosesinin davam edəcəyi halda, ABŞ iqtisadiyyatına daimi zərərin dəyməsi imkanı var.
SaharAzeri xəbər verir: Stiven Mnuçin və Amerika mərkəzi bankı- Federal Rezerv-in direktoru Cerom Pauel çərşənbə axşamı günü senatın bankçılıq komitəsinin koronavirus pandemiyası dövründə bu ölkə iqtisadiyyatının idarə olunması tərzi barədəki iclasında bu komitənin üzvlərinə xitabən bildiriblər ki, Amerika iqtisadiyyatı ştatlarda məhdudiyyətlərin, həmçinin peşələrin tətil edilməsinin bir neçə ay müddətinə uzadılması ilə ola bilsin, tam şəkildə yoluna düşməsin.
Belə bir halda, peşələrin yenidən açılması məsələsi Amerika hökuməti ilə bu ölkənin ştat rəsmiləri arasında gərginlik predmeti olaraq qalmaqda davam edir.
Amerika hökuməti peşələrin yenidən açılmasına və həyatın adi prosesə qayıtmasına israr edir. Bu ölkənin qubernatorları və ştat rəsmiləri isə xəbərdarlıq ediblər ki, bu addım koronavirusun yenidən tüğyan etməsinə gətirib çıxara bilər.
Amerika koronavirusa yoluxma və bu virusdan ölüm halları cəhətdən dünya ölkələri arasında ən yüksək göstəriciyə malikdir.
Amerika hökumətinin koronavirusun bu ölkədə yayılması qarşısındakı məsuliyyətsizliyinə görə tənqid olunması davam etməkdədir.
İndiyədək Amerikada bir milyon 570 min 583 nəfər koroanavirusa yoluxub və 93 min 533 nəfər də bu virusa yoluxma nəticəsində həyatını itiribdir.
ABŞ İQTİSADİYYATINA DAİMİ ZƏRƏR HAQDA XƏBƏRDARLIQ