Lavrov sionist rejimi tənqid edib
Rusiyanın xarici işlər naziri sionist rejimin qərb sahilini mənimsəmək üzrə planını kəskin tərzdə tənqid edib.
SaharAzeri xəbər verir: Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən gecə öz sionist həmkarı Qabi Eşkenazi ilə söhbətdə Rusiyanın sionist rejimin qərb sahilindən bəzi hissələrin işğal olunmuş Fələstin ərazilərinə qatılması planı ilə kəskin müxalifətini bildirib.
Fələstinli məsul şəxslər də vurğulayıblar ki, qərb sahilini mənimsəmə həyata keçərsə, daha sionist rejimlə mövcud olan heç bir müqaviləyə sadiq qalmayacaqdır.
Avropa Birliyi də qərb sahilindən bəzi hissələrin işğal olunmuş Fələstin ərazilərinə qatılacağı halda, sionist rejimin sanksiya edilməsilə bağlı təxminləri rədd etməyibdir.
Sionist rejim iyul ayında qərb sahilinin otuz faizindən çoxunu işğal olunmuş ərazilərə qatmaq niyyətindədir. Bu təcavüzkar hərəkət bir çox ölkənin tənqidi ilə üzləşibdir.