May 25, 2020 11:35 Asia/Baku
  • Venesuela prezidenti İrana təşəkkür edib

Venesuela prezidenti dünən gecə İran İslam Respublikasının Venesuelanın hökuməti və xalqını himayə etməsinə görə təşəkkür edib.

SəhərAzəri Parstoday-ə istinadən xəbər verir, Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasına toxunaraq, deyib ki, Venesuela tək deyil və yanında duran şücaətli dostları var.

Maduro koronavirusla mübarizə üzrə Venesuela prezident komitəsinin üzvlərilə görüşdə vurğulayıb ki, İran və Venesuela sülh istəyirlər. O, deyib: İki ölkənin azad sularda azad ticarətə haqqı çatır.

Venesuela prezidenti həmçinin tvitter-də ölkəsinə benzin göndərdiyinəj görə, İrana təşəkkür edib.  O, İranın "Fortune" tankerinin təsvirini yayaraq, yazıb: Ramazan ayının başa çatması bizə "Fortune" tankerini müjdə gətirdi.

Nikolas Maduro sonra söyləyib: İmperialist ölkələrin zorla öz hökmlərini qəbul etdirmək istədikləri yerdə yalnız qardaşlıq xalqları xilas edə bilər.

İran İslam Respublikası Amerikanın iqtisadi mühasirəsi altında olan Venesuela xalqı və hökumətinə dəstək istiqamətində yanacaq daşıyan beş tankeri bu ölkəyə doğru göndəribdir.

İrandan yanacaq daşıyan "Fortune" adlı ilk tanker Venesuela sahillərinə çatıbdır.

İrandan yanacaq daşıyan «Forst» adlı ikinci tanker də ötən saatlarda Venesuelanın ölkə  sularına daxil olubdur.

«Kelavel», «Fekson» və «Petoniya» tipli digər üç tanker də "Fortune" və «Forst» tankerlərindən sonra Venesuela sahillərinə doğru hərəkət etməkdədirlər.

Amerika son aylarda təhdid, təzyiq, iqtisadi mühasirə və sanksiyalarla anti-Amerika təmayülünə malik olan bu ölkənin qanuni hökumətini devirməyə çalışır. Amma bu rəftar heç vaxt müvəffəq olmayıbdır.

 

Teqlər