May 27, 2020 02:59 Asia/Baku
  • ABŞ-da koronadan ölənlərin sayı 100 mini ötdü

Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 100 min nəfəri keçib.

SəhərAzəri xəbər verir, Amerika mediaları çərşənbə axşamı günü gecə bildiriblər ki, bu ölkədə ümumilikdə bir milyon 725 min 275 nəfər koronavirusa yoluxubdur ki, onlardan 100 min 572 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri və tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olubdur.

Amerika hökuməti və şəxsən bu ölkənin prezidenti Donald Tramp bu ölkədə koronavirusun yayılması qarşısındakı məsuliyyyətsizliyinə görə, kəskin tərzdə tənqid olunubdur.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Belə bir halda, cari ilin ilk rübündə ABŞ neft sənayesində müflis olduğunu elan edən şirkətlərin sayı 200-ü keçib.

Bu barədə ABŞ-ın “Hayns ənd Bun” firmasının hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, bu müddət ərzində həmin şirkətlərin ümumi borcu təxminən 130 milyard dollar təşkil edib. Ən çox iflas edən şirkətlər isə Texas ştatında yerləşir. Burada 98 şirkət müflis olduğunu açıqlayıb”.

Bundan başqa, neftin qiymətinin 30 dollar səviyyəsində qalacağı təqdirdə ABŞ-da daha 170 şirkətin iflas edəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, yeni tip koronavirus dünyada bir çox sahələrə böyük zərbə vurub. Ən böyük böhran isə neft sektorunda yaşanıb. Ötən ay neftin qiymətində son 20 ilin ən aşağı göstəricisi qeydə alınıb.

Teqlər