May 28, 2020 10:03 Asia/Baku
  • Bayden rəy sorğularında Trampdan öndədir

2020-ci il ABŞ prezident seçkiləri üzrə yeni rəy sorğularında bu ölkənin sabiq vitse-prezidenti hazırkı Amerika prezidenti ilə müqayisədə öndə gedir.

SəhərAzəri xəbər verir, “Hil” vebsaytının yazdığına görə, «Firehouse Strategies» و «Ptimus» adlı ictimai rəylərin öyrənilməsi müəssisələrinin birgə rəy sorğusunun nəticələri respondentlərin 54 faizinin demokrat partiyasının ABŞ prezident seçkilərinə namizədi Co Baydenə, 43 faizinin isə bu ölkənin hazırkı prezidenti Donald Trampa dəstək verməsindən söz açır.

Ötən həftə “Quini Piak” universiteti tərəfindən aparılmış rəy sorğusu da Baydenin on bir faizlik irəliləyişindən xəbər verirdi.

“Ril Kliyer Paltiks” müəssisəsinin rəy sorğusunda da Co Bayden 5,5 faizlik bir fərqlə Trampı arxada qoymuşdu.

Amerikada aparılmış başqa bir rəy sorğusunun nəticələri göstərir ki, Trampın koronavirus pandemiyası ilə mübarizədəki zəif fəaliyyəti cari ildə keçiriləcək prezident seçkilərində onun demokrat rəqibinin səkkiz faizlik irəliləyişinə səbəb olubdur.

Röyters informasiya agentliyi və “Epsos” şirkətinin birgə apardıqları rəy sorğusunun nəticələrinə görə, Amerikada Tramp hökumətinin koronavirus pandemiyası ilə mübarizədəki fəaliyyətinə qarşı tənqidlər onun reytinqinin Baydenə nisbətən azalmasına səbəb olubdur.

Amerika hökuməti və şəxsən bu ölkənin prezidenti Donald Tramp bu ölkədə koronavirusun yayılması qarşısındakı məsuliyyyətsizliyinə görə, kəskin tərzdə tənqid olunubdur.

Yayılmış rəsmi məlumata görə, Amerikada ümumilikdə bir milyon 733 min nəfərdən çox amerikalı koronavirusa yoluxubdur ki, onlardan yüz min nəfərdən çoxu həyatını itiribdir.

Teqlər