ABŞ xəstəxanaları Donald Trampın təklif etdiyi dərmanı istifadə etmirlər
ABŞ-ın tibb müəssisələri, bu ölkə prezidentinin Malyariya əleyhinə tətbiq olunan dərmanı koronavirusla mübarizədə istifadə edmklə bağlı geniş təbliğatına rəğmən, onu koronavirus xəstələrinə təyin etmirlər.
SəhərAzəri "Hil" xəbər portalının məlumatına görə bildirir, ABŞ-ın səhiyyə klinikaları "Hidroksi Klorokin" adlı anti-Malyaria dərmanını koronavirus xəstələrinə təyin etmirlər.
Nyu York ştatının ən böyük səhiyyə sistemləri də Hidroksi Klorokin reseptlərini dayandırıblar.
Son məlumatlara əsasən, ABŞ-ın bir neçə xəstəxanası ağır koronavirus xəstələri üçün təsdiqlənmış Hidroksi Klorokin dərmanının istifadəsini dayandırıblar, çünki onun məhdud faydasına nisbətdə çoxlu əks təsirlərinin olduğu sübut olunubdur.
ABŞ prezidenti Donald Tramp keçən həftə Hidroksi Klorokinin COVİD-19 infeksiyasının müalicəsində effektliyi barədə şübhələrin yaranmasına baxmayaraq, onu bir növ profilaktik tədbir kimi nəzərdə tutduğunu etiraf edib.
Həkimlər və səhiyyə mütəxəssisləri Trampın məntiqsiz tövsiyələri haqda xəbərdarlıq ediblər.
ABŞ dünyada koronavirus daşıyıcıları və qurbanlarının sayına görə, birincidir.