Rusiyada pandemiya qurbanlarının sayı 4 855-ə çatdı
https://azeri.sahartv.ir/news/dünya-i362552-rusiyada_pandemiya_qurbanlarının_sayı_4_855_ə_çatdı
Rusiyada son bir gündə daha 9 035 nəfərə koronavirus diaqnozu qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 07:12 Asia/Baku
  • Rusiyada pandemiya qurbanlarının sayı 4 855-ə çatdı

Rusiyada son bir gündə daha 9 035 nəfərə koronavirus diaqnozu qoyulub.

SəhərAzəri “Report”-a istinadla xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 162 nəfər artaraq 4 855-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 175 877 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 297 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 373 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.