Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i362568-putin_rusiya_konstitusiyasına_dəyişikliklə_bağlı_səsvermə_tarixini_təsdiqləyib
Rusiya prezidenti Vladimir Putin iyulun 1-ni Rusiya Federasiyası konstitusiyasına dəyişikliklə bağlı səsvermənin başlanğıc günü kimi təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 14:05 Asia/Baku
  • Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin iyulun 1-ni Rusiya Federasiyası konstitusiyasına dəyişikliklə bağlı səsvermənin başlanğıc günü kimi təsdiqləyib.

SəhərAzəri  - Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Rusiya dövlət başçısı MSK, “Rospotrebnadzor” və regionların rəhbərlərinə məntəqələrdə tam təhlükəsizliyin təmin edilməsi üçün göstəriş verib.

Daha əvvəl konstitutsiyaya dəyişikliklərlə bağlı səsvermə aprelin 22-nə təyin edilsə də, martın sonlarında koronavirus infeksiyasının yayılması səbəbindən V.Putin onun ertələndiyini elan etmişdi.