İyun 02, 2020 08:59 Asia/Baku
  • İranlı qardaşların şücaət və həmkarlıqlarına görə təşəkkür edirik

Venesuela prezidenti bir daha İranın ABŞ-ın hər iki ölkəyə qarşı sanksiyalarına rəğmən, onun ölkəsinə beş ədəd tanker göndərməsinə görə təşəkkür edib.

SaharAzeri xəbər verir, Nikolas Maduro İran yanacağını daşıyan beşinci tankerin Venesuela limanlarından birinə yan alması ilə bir zamanda tvitter-də İranın dövləti və xalqına minnətdarlıq edib. Vurğulayıb ki, Venesuela Amerika qarşısında tək deyildir.

Maduro tvitt-in sonunda İranın dövləti və xalqına xitabən yazıb: İranlı qardaşların şücaət və həmkarlıqlarına görə təşəkkür edirik.

Venesuela prezidenti ötən həftənin bazar günü də İran İslam Respublikasının Venesuelanın dövləti və xalqına olan himayələrinə görə minnətdarlıq etmişdi.

İran İslam Respublikası Amerikanın iqtisadi mühasirəsi altında olan Venesuelanın dövləti və xalqına dəstək istiqamətində bu ölkəyə beş ədəd tanker göndəribdir.

 

Teqlər