İyun 03, 2020 08:09 Asia/Baku
  • Sosial medialar Trampa qarşı şikayət ediblər

Facebook, Twitter və Google tərəfindən dəstəklənən bir hüquqi qrup çərşənbə axşamı günü sosial mediaların fəaliyyətini məhdudlaşdıran sərəncam verdiyinə görə, ABŞ prezidenti Donald Trampa qarşı şikayət irəli sürübdür.

SaharAzeri xəbər verir,Qeyd olunan qrupun hazırladığı şikayət ərizəsində vurğulanır ki, Trampın sosial şəbəkələrə qarşı sərəncamı Amerikanın əsas qanunuda, barəsində zəmanətin verildiyi «söz azadlığı»nın məhdudlaşmasına bais olur.

Tramp ötən cümə axşamı günü bir sərəncam imzaladı. Bu sərəncama əsasən, sosial şəbəkələr onlarda gedən məzmunlar qarşısında məsuliyyət daşıyırlar və onların fəaliyyətləri məhdudlaşdırılır.

Tramp bu sərəncamı imzaladıqdan sonra iddia etdi ki, bu addım söz azadlığını qorumaq üçün atılıbdır.

Amerika prezidenti həmçinin bu ölkənin ədliyyə nazirinə göstəriş veribdir ki, sosial mediaların məsuliyyətə cəlb olunmaları qanununu fəallaşdırsın.

SOSİAL MEDİALAR TRAMPA QARŞI ŞİKAYƏT İRƏLİ SÜRÜBLƏR

Teqlər