İyun 03, 2020 16:37 Asia/Baku
  • «Corc Flyod» adlı qiyam

Amerika Birləşmiş Ştatlarında polisin qaradərililərə qarşı zorakılığına etirazlar davam edir və informasiya agentlikləri bazar günü etiraz qiyamlarının yeni etapının formalaşağından xəbər verirlər.

SəhərAzəri xəbər verir, ABŞ-ın 16 ştatının 25 şəhərinin başçıları hərbi hökumət elan ediblər. Milli qvardiyanın hazır vəziyyətə gətirilməsilə bir zamanda, polis müxtəlif şəhərlərdə onlarla etirazçını həbs edibdir. Amerikada daha az sayda insan artmaqda olan 110 min nəfərlik koronavirus tələfatı barədə fikirləşir.

… Trampın qaradərililər icmasının ürəyini ələ almaq üzrə tvitləri də faydasız olubdur.

Və durum bir çox ştatda, o sıradan Ağ Ev-in qarşısında böhranlıdır. Rasistlərin 1927-ci ildə keçirdikləri aksiyada Trampın atasının həbs olunması barədə faktlar yayılıbdır. Və Amerika prezidenti həyat yoldaşından kameralara təbəssüm etməsini istəyir.

Amma gizli təbəssüm Co Baydenə nəsib olubdur. Belə ki, onun Ağ Ev-ə daxil olmaq şansı nəzərəçarpacaq dərəcədə artıbdır.

Böhrandan bəhrələnərək, Trampa ismarıç göndəribdir ki, «İncil» ilə jest tutmaqdansa, onu oxusun. Bu anadək olan bir kinayə.

Demokratlar hazırda seçkilər barədə aparılan rəy sorğularında 12% irəli keçiblər. Belə bir olay, sonuncu dəfə 1976-cı il seçkilərində Cimmi Karter üçün baş verdi və o, Cerald Fordu bir dövrəli prezident etdi.

Koronavirus nəticəsində işini itirmiş 40 milyon işsizin azı bir hissəsi də bu iqtisadi durumdan razı deyil və onları küçələrin döşəmələrində görmək mümkündür- hətta əgər fəryad etsələr ki; «Nəfəs ala bilmirəm!»

Kolumbiya Universitetinin müəllimi Danil Şav deyir:

m.k- Bütün Amerika xalqı irqçilik, cinsiyyət ayrı-seçkiliyi və islamofobiya müxalifi kimi/ digər ölkələrin istismar olunmaları, müharibə və materializmə qarşı xalq müxalifətinin iri axını vasitəsilə bu vəhşilik sisteminin aradan götürülməsi kimi tarixi vəzifəsinə əməl etməlidir.

Corc Flyodun həyat yoldaşının azyaşlı qızı ilə yanaşı mətbuat konfransı keçirməsi ümumi fikri daha çox təəssürləndiribdir.

Bununla belə, senat, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə barədəki sərəncamına görə, Trampı pisləyə bilmədi. Hiddət alovları göylərə qalxır və məsafələr çoxalır.

Hazırda zindanda olan qatil polisin həyat yoldaşı təcili surətdə ondan boşanmaq barədə ərizə veribdir.

Tramp bəzi ştatlara, o cümlədən Nyu-York və Vaşinqton ştatlarına milli qvardiya qüvvələri göndərib. Və Virciniya qubernatoru kimi bəziləri Trampın sərəncamını yerinə yetirməkdən boyun qaçırıblar.

Gün batandan sonra Nyu-Yorkda komendant saatı icra edilməyə başlanıb və BMT-nin tətil olmasına rəğmən, diplomatlara gün batandan sonra evdə qalmaq tövsiyə edilibdir.

BMT bir daha Amerikaya ismarıç göndəribdir ki, etirazçıların səslərini dinləsin və dinc etirazlar qarşısında təmkinlilik göstərsin.

Teqlər