İyun 03, 2020 22:39 Asia/Baku
  • Lukaşenko Belarus hökumətini istefaya göndərib

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı müvafiq sərəncamı iyunun 3-də imzalayıb.

Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq barədə planlarını açıqlamışdı.

Teqlər